isostandart.az olaraq məqsədimiz – müəssisələrin təhlükəsizlik, keyfiyyət və dayanıqlılıq sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə dəstək olmaqdır. 2010-cu ildən etibarən təcrübəli tərəfdaşlarımızla birgə, ISO standartlarının tətbiqi, SƏTƏM (HSE) sistemlərinin qurulması, yanğın və səs mühafizə sistemlərinin layihələndirilməsi və quraşdırılması, eləcə də müasir təhlükəsizlik avadanlıqlarının satışı üzrə geniş spektrli xidmətlər göstəririk.
Peşəkar komandamız hər bir layihəyə fərdi yanaşaraq, müştərinin ehtiyaclarına uyğun həllər təklif edir. İstər sənaye obyektləri, istərsə də ofis və ictimai məkanlar üçün təhlükəsizlik və idarəetmə sistemlərinin qurulmasında innovativ və etibarlı yanaşmalarla fərqlənirik.
Şirkətimiz yalnız texnoloji həllər təqdim etmir – biz həm də davamlı inkişafı, daxili nəzarəti və əməyin təhlükəsizliyini təmin edən sistemləri təşkil edirik. Tətbiq etdiyimiz sənədləşmə, siyasət, prosedur və risk qiymətləndirmə metodları ilə müəssisələrin fəaliyyətini daha da optimallaşdırırıq.